Ukrayna həlak olan daha 46 hərbçisinin cəsədini qaytarıb. Bu barədə Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin iyunun 28-də dərc olunmuş məlumatında deyilir.
"Həlak olan ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması üçün Zaporojye vilayətində növbəti əməliyyat keçirilib. Ukrayna 46 qəhrəman müdafiəçinin cəsədini layiqincə dəfn olunmaq üçün qaytarıb. Onlardan 21-i "Azovstal"ın müdafiəçiləridir".
Nazirlik digər təfərrüatları açıqlamayaraq bildirib ki, əməliyyat itkin düşmüş şəxslər üzrə komissar, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməkdaşlığı ilə həyata keçirilib.
Əli Əliyev
visiontv.az