Türkiyənin oktyabrın 22-24-də Rusiyada keçiriləcək 2024-cü il BRICS Sammitindən əvvəl inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna qoşulmaq üçün müraciəti araşdırılır.
BRICS və ya Braziliya, Rusiya, Hindistan və Çin platforması 2009-cu ildə Rusiya tərəfindən qeyri-rəsmi bir klub olaraq üzvlərə ABŞ və onun Qərb müttəfiqlərinin hakim olduğu dünya nizamına meydan oxumağa imkan vermək üçün yaradılmışdır. 2010-cu ildə Cənubi Afrikanın quruma qoşulması ilə onun adı BRICS olub.
Analitiklər Türkiyənin üzvlük iddiasının Qərb müttəfiqlərinə meydan oxumaqdan daha çox hər iki tərəfdə rol oynamaq olduğunu desələr də, bəziləri Ankaranın Qərbdən uzaqlaşması ilə bağlı narahatlıqlarını da dilə gətirir.
“Türkiyənin BRİKS-lə bağlı iddiası ölkənin Transatlantik birlikdən uzaqlaşmasının daha bir nümunəsidir”, Brookings İnstitutunun ABŞ və Avropa üzrə Mərkəzinin əməkdaşı Aslı Aydıntaş Amerikanın Səsinin müxbirinə deyib.
İyun ayında Kremlin “Türkiyənin BRİCS-in işinə marağını” alqışlamasından və Ankaranın ona qoşulmaq istəklərini dəstəkləyəcəyinə söz verdikdən sonra Türkiyənin ötən həftə BRICS-in inkişaf etməkdə olan iqtisadiyyatlar blokuna üzvlük üçün rəsmi müraciəti planı ilə bağlı spekulyasiyaları təsdiqləmiş oldu.
Bu ilk dəfədir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü və Avropa İttifaqına üzv olmaq üçün namizəd Rusiya və Çinin üstünlük təşkil etdiyi qruplaşmaya qoşulmaq üçün müraciət edir.
NATO keçmiş Sovet İttifaqına qarşı kollektiv təhlükəsizlik məqsədi ilə ABŞ tərəfindən yaradılmış 32 ölkənin siyasi və hərbi ittifaqıdır. Qurum həmçinin üzv dövlətlərlə məsləhətləşmələr, əməkdaşlıq, mübahisələrin həlli və böhranların idarə edilməsndə vasitəçi rolu oynayır.
BRİCS əsasən Qərb, inkişaf etmiş dövlətlərin siyasi və iqtisadi üstünlüyünə meydan oxumağı hədəfləyir.
2024-cü ilin yanvarında Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri rəsmi olaraq qrupa üzv olub.
2020-ci ildə Tramp administrasiyası NATO alyansı və ABŞ-ın F-35 qırıcıları üçün risk yaratdığı deyilən Rusiyadan S-400 raket sistemini 2,5 milyard dollara aldığına görə Türkiyəyə sanksiya tətbiq edib.
Rusiya ilə raket sazişinə baxmayaraq, Türkiyə NATO-nun əsas narahatlığı olan Ukrayna ilə müharibəsi ilə bağlı BRICS üzvləri və sammitin ev sahibi ilə fikir ayrılıqlarında qalmaqdadır.
BRICS üzvlərinin əksəriyyəti Moskvanın işğalı ilə bağlı neytral və ya Rusiyaya meylli mövqe tutsa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Ukraynanın ərazi bütövlüyünə “sarsılmaz” dəstəyini ifadə edib və Rusiyanın ilhaq edilmiş Krımı Kyivə qaytarmalı olduğunu deyib. Bu, Moskvanın yüngül narazılığına səbəb olub.
Aydıntaşbaş deyir: “Türkiyə hazırda anti-Qərb əhval-ruhiyyəsi yaşayır. Bu, Qəzzada baş verən hadisələrlə daha da pisləşib”.
Analitiklərin fikrincə, Türkiyənin Aİ-yə üzvlük danışıqlarının dalana dirənməsi ilə bağlı səbirsizliyi də onun BRICS ilə daha sıx əlaqələr qurmaq istəyini artırıb. Ankaranın 2005-ci ildə başlatdığı Aİ-yə namizədliyi Türkiyə müxalifətinə qarşı təzyiqlərlə bağlı narahatlıqlar səbəbindən gecikdirilir.
visiontv.az