Türkiyə Silahlı Qüvvələri Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir
09.01.2025

Türkiyə Silahlı Qüvvələri terror qruplaşmaları silahlarını yerə qoymadığı halda Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Əlavə olunub ki, Türkiyə Silahlı Qüvvələri Tişrin bəndi kimi strateji infrastrukturlardan istifadə edərək PKK/YPG/SDG terror təşkilatlarının bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaqda da qərarlıdır.