Türkiyə Rusiyaya yeni səfir təyin edib
16.06.2023

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bu ölkənin Rusiyadakı səfiri təyin edilib.

Visiontv.az Reporta əsasən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan T. Bilgiçə yeni vəzifəsində uğur arzulayıb.

Qeyd edək ki, indiyə kimi Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar idi.

T. Bilgiçin yerinə kimin təyin ediləcəyi hələ ki, məlum deyil.



Gündəlik

slide 7 to 10 of 8