GunAz TV-nin məlumatına görə, Traxturun qapıçısı Əlirza Beyrənvənd Asiya Futbol Konfederasiyasının rəsmi açıqlamasına əsasən, 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatı uğrunda mübarizə aparacaq üç finalçıdan biri olub.
Beyrənvənd bu titul uğrunda “Əl-Hilal”ın ulduzu Salem əl-Dosəri və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu Firas əl-Büreykanla rəqabət aparacaq.
Həmçinin Hüseyn Teyyibi və Səid Əhmədabbasi Asiyada ilin ən yaxşı futzalçısı mükafatına, Mərziyə Cəfəri isə Asiyada ilin ən yaxşı qadın məşqçisi mükafatına namizəd göstərilib.
Asiya futbol mükafatlarının qaliblərinin elan olunması mərasimi noyabrın 19-da Tailandın paytaxtı Banqkokda keçiriləcək.
visiontv.az