Torontoda Tehran rejiminə qarşı aksiya keçirildi
18.09.2024

Kanadanın Toronto şəhərində Tehran rejiminə müxalif olan mühacir iranlılar İran hökumətinə qarşı etiraz aksiyası keçiriblər.

Bu barədə onlar sosial media platformasında məlumat yayıblar.

2022-ci ilin sentyabr ayında başlayan ümumi etiraz aksiyalarının ildönümü ilə bağlı keçirilən aksiyada beynəlxalq ictimaiyyətə müraciət olunub.

Torontonun Kuin parkına toplaşan mühacirlər demokratik ölkələri və insan haqları təşkilatlarını İranda insan haqlarının pozulması ilə bağlı məsələlərə daha çox diqqət yetirilməli olduğunu deyiblər.

Tehranın müxaliflərə, xüsusən qadın və qızlara qarşı repressiyalarının artdığını bildirən mühacir iranlılar, Kanada hökumətindən İrana bağlı şəxslərin ölkədən qovulması prosesini sürətləndirməsini istəyiblər.

visiontv.az