İranın nüvə proqramının davam etdirilməsi və irəliləyişinə toxunan həftəlik “The Jewish Chronicle” qəzeti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün onilliklər boyu davam edən səylərin son fəslinə çatıldığını bəyan edib.
“İran rejimi qeyri-qanuni olaraq bir neçə həftə ərzində bir neçə nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran toplayıb. Dünya indi iki çətin seçim qarşısındadır: Ya soyqırım potensialına malik rejim kütləvi qırğın silahları əldə edəcək, ya da Amerika və ya İsrail bunu dayandırmaq üçün hərbi hərəkətə keçəcək. Əgər Britaniya və Avropa İttifaqı hər iki ssenarinin baş verməsinin qarşısını almağa ümid edirsə, onlar Vaşinqton və Qüdslə birlikdə Tehrana maksimum təzyiq göstərməlidirlər. Qısa müddət ərzində yalnız sarsıdıcı iqtisadi və diplomatik sanksiyalar və etibarlı hərbi təhdid İran rejimini nüvə proqramından əl çəkməyə inandıra bilər" - deyə qəzet bildirib.
visiontv.az