Təqaüdçülər Urmu və Təbrizdə yenidən aksiya keçirdilər
10.10.2024

Güney Azərbaycanın Təbriz və Urmiya şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Bu barədə "İlna" məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

visiontv.az