Tehranın radikal dairələri Azərbaycanı öz siyasi ambisiyalarının hədəfinə çevirmək istəyir
29.10.2026

Sepahın radikal Paydari cərəyanına yaxınlığı və Möhsün Rzayi ilə əlaqələri ilə tanınan bu şəxs açıq şəkildə Azərbaycanı və Birləşmiş Ərəb Əmirliklərini işğal etməkdən danışır.

Bu, İran rejiminin radikal dairələrində kök salmış işğalçı təfəkkürün növbəti təzahürüdür. Başqa dövlətlərin suverenliyinə göz dikən, onların ərazilərini işğal etməyi dilə gətirən bu düşüncə tərzi Tehranın regiona münasibətini bir daha ortaya qoyur.

Azərbaycanın müstəqilliyini, Türk dünyası ilə əlaqələrini və milli maraqlarını hədəfə alan qüvvələr anlamalıdırlar ki, Azərbaycan heç kimin işğal xəritəsində yer alacaq ölkə deyil!

Tehranın radikal dairələri Azərbaycanı öz siyasi ambisiyalarının hədəfinə çevirmək xülyasından əl çəkməlidirlər. Azərbaycan müstəqil dövlətdir, öz siyasətini özü müəyyən edir və suverenliyini qorumaq iradəsinə sahibdir.

İran terror rejiminin işğalçı xülyaları Azərbaycanın müstəqilliyini sarsıda bilməz!

Sadiq İsabəyli

visiontv.az