Tehranda qorxu atmosferi: xüsusi təyinatlı zirehli maşınlar nümayiş etdirilir
14.04.2026

ABŞ–İsrail–İran müharibəsi fonunda Tehranda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Məlumata görə, İran Polis Komandanlığı (FƏRACA) paytaxt küçələrində NOPO (Xüsusi Əməliyyatlar Bölməsi) kimi tanınan terrorçuluğa qarşı mübarizə qüvvələrinə məxsus zirehli avtomobilləri nümayiş etdirməyə başlayıb.

Ağır zirehli texnika şəhərin müxtəlif küçələrində görünür və bu addımın məqsədi paytaxtda nəzarəti gücləndirmək, eyni zamanda əhali arasında qorxu və vahimə yaratmaq kimi dəyərləndirilir.

visiontv.az