Tehran niyə Ermənistanı deyil, Azərbaycanı hədəfə alır?!
Tehran niyə Ermənistanı deyil, Azərbaycanı hədəfə alır?!
03.04.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

İran parlamentinin deputatı İsrailin Suriyada İran konsulluğunu raketlə vurmasına cavab olaraq Azərbaycanda İsrail səfirliyini vurmasını təklifini irəli sürüb. Uzun illər İsrailin Azərbaycanda səfirliyi İranın terror təhdidi ilə üzləşib. İran deputatı müstəqil şəkildə bu fikiri irəli sürə bilməz. İranlı deputat Tehran rejiminin mesajını irəli sürür. Bununla İran Azərbaycanı hədəfə gətirir.

Göründüyü kimi, Tehran rejimi Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəni davam etdirir. İranla İsrail Yaxın Şərqdə vəkalət müharibəsi aparır. Suriyada hər iki ölkə arasında toqquşma platsarmıdı. Azərbaycan İrana qarşı koalisiyada yer almayıb və belə bir planı da olmayıb. Azərbaycan Tehrana mesaj verməlidir ki, Yaxın Şərqdə İsraillə apardığı vəkalət müharibəsində yanlış ünvan seçir.

Azərbaycan nə İsraili, nə də İranın bu münaqişədə dəstəkləyir. Tehran rejimi Azərbaycanda xarici ölkələrin diplomatik korpuslarını öz geosiyasi ambisiyalarına görə hədəf seçə bilməz. İran ən yaxşı halda İsraillə öz haqq- hesabını döyüşdüyü regionda verməlidir. Bu İranın Azərbaycana düşmən münasibətini göstərir. Niyə Ermənistan deyil, Azərbaycan hədəfə alındı?! İran İsrail amilindən burada Azərbaycana qarşı istifadə edir. Azərbaycan heç bir ölkənin platsarmı olmasına icazə verməyəcək.

Məhəmməd Əsədullazadə

visiontv.az