Tehran mollası: “İran Azərbaycan xalqının ikinci vətənidir”
13.12.2024

SEPAH-a bağlı “Tasnim News” qərəzli şəkildə yazıb ki, İranın ali rəhbəri Əli Xameneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Əhməd Mütəhərri “Azərbaycan xalqının İran xalqına olan sevgisinə” toxunaraq deyib ki, İslam Respublikası Azərbaycan xalqı üçün ikinci vətən sayılır”.

“Araz” Azad İqtisadi Zonasının və onun Azərbaycan, Ermənistan və Türkiyə ilə qonşuluğunun vacibliyini vurğulayan Təbrizin cümə imamı bildirib ki, bu iqtisadi zona İranın qonşu ölkələrlə siyasi əlaqələrini dərinləşdirir və möhkəmləndirir.

Sitat: “İranla qonşu ölkələr arasında iqtisadi əlaqələrin inkişafı siyasi fikir ayrılıqlarının ortaya çıxmasını minimuma endirir... Araz Azad İqtisadi Zonası İran və Ermənistan arasında yeganə ümumi sərhəd nöqtəsidir və bu bölgənin strateji xüsusiyyətləri iki ölkə arasında hərtərəfli əlaqələri artıra bilər”.

visiontv.az