Təbrizin mərkəzi həbsxanasında 3 məhkum edam edilib.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.
Edam edilənlər narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.
Məlumatda eyni ittihama görə, İsfahan və Günbəd Kavus şəhərlərində də 4 məhbusun dar ağacından asılaraq həyatlarına son qoyulduğu bildirilib.
Bununla yanaşı Bəndər Abbas şəhərində SEPAH üzvünü öldürməkdə günahlandırılan Raşid Bəluçi adlı məhkumun edam hökmü icra olunub.
Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.
2023-cü ildə isə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.
visiontv.az