Özünün sıfırdan yaratdığı "Teymurilər İmperiyası" ilə 3 qitəni titrətmiş, 27 sultanı diz çökdürmüş, 20 böyük yürüşün çoxunda qalib gəlmiş, iştirak etdiyi yüzlərlə döyüşün əksəriyyətində uduzmayaraq öz adını tarixə Məğlubedilməz Xaqan kimi yazdıran Əmir Teymur.
Sibirdə mənfi 40 , Hindistanda müsbət 60 dərəcə istidə döyüşmüş, ərazisi 40 milyon kv. km-ə yaxın Asiyanın çox hissəsinə hökmranlıq etmiş, Avropanın bütün krallarından biət məktubu almış, Osmanlının 3 dəfə mühasirəyə alıb ala bilmədiyi İzmiri 7 günə almış, çətin şəraitə görə Çingizxanın geri qayıdıb ala bilmədiyi, Makedoniyalı İsgəndərin 6 ildə ala bilmədiyi Hindistanı 12 aya fəth etmiş Teymur. Amma bütün bunlara baxmayaraq qısqanc antitürk Avropa Makedoniyalı İsgəndərə böyük, Teymura isə barbar adı yapışdırmaq istəyir-Türk olduğuna görə. Guya ki, İsgəndər döyüşlərdə skripka çala-çala döyüşüb.
Unutmasınlar ki, tarixin heç bir səhifəsində "Teymur məğlub edildi" cümləsi yazılmayıb.
visiontv.az