Sufiyanda tarixi əsərlər dağıdılıb
04.04.2025

Şərqi Azərbaycan əyalətinin Sufiyan bölgəsinin Tırb kəndində yerləşən tarixi qala və qəbristanlıqda qanunsuz qazıntı işləri aparılıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, aparılan qazıntılar zamanı bölgədə olan qoç daşları və başqa əsərlər oğurlanıb, tarixi Qız qalasına ziyan vurulub.

Yerli mədəni fəallar bundan əvvəl tarixi abidələrin qorunması üçün əlaqədar dövlət qurumlarına müraciətlərinin cavabsız qaldığını bildiriblər.

Qeyd edək ki, 3 min ilə yaxın keçmişi olan Tırb kəndinin yaxınlığında yerləşən Qız qalası Elxanlılar dövründə də əhəmiyyətli hərbi istehkam kimi məşhur olub.

Bundan əvvəl qala yaxınlığında olan yüzlərlə qoç daşları, başqa daş heykəllər və daş lövhələrin əksəriyyəti dağıdılıb və oğurlanıb.

Mədəni fəallar həmin əsərlərin bir neçəsinin Tehran və İsfahan muzeylərinə də aparıldığını qeyd ediblər.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8