Stalinin nəticəsi Moskvada keçiriləcək Qələbə paradına qatılmaqdan imtina edib
05.04.2025

Keçmiş SSRİ lideri İosif Stalinin nəticəsi Yakov Cuqaşvili bu il 9 Mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağını bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə o, "RIA Novosti"yə açıqlama verib.

Yakov Cuqaşvili həmçinin "Ölməz Alay" yürüşündə də iştirak etməyi planlaşdırmadığını deyib:
"9 mayla bağlı heç bir planım yoxdur… Heç yerə getməyəcəyəm," – deyə o bildirib.

Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl açıqlamışdı ki, bu il 9 Mayda Qırmızı Meydanda keçiriləcək paradda Rusiya ordusu ilə yanaşı Myanma, Belarus və Tacikistandan hərbçilər də iştirak edəcək. Eyni zamanda Kubanın prezidenti Migel Dias-Kanel Bermudes də tədbirə qatılmaq dəvətini qəbul edib.

Visiontv.az



Gündəlik

slide 7 to 10 of 8