Slovakiya Baş naziri: Mən tezliklə Qarabağa səfər edə bilərəm
07.05.2024

Mən tezliklə Qarabağa səfər edə bilərəm.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra mətbuata bəyanatda Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatla bildirib.

O bildirib ki, Slovakiya Azərbaycan qazını almaq və Ukraynaya ixrac etməkdə maraqlıdır.

Robert Fitso deyib ki, kiçik hərbi aerodrom və enerji sahəsində layihələr Slovakiya üçün maraqlıdır: “Ukrayna müharibəsi ilə əlaqədar Azərbaycandan qaz idxalı da hamı üçün maraqlıdır. Biz ədalətli qiymətlərə ümid edəcəyik. Əminəm ki, Avropa səviyyəsində də müsbət əhval-ruhiyyə yaradacağıq. Biz tək qaz almaq yox, qazı Slovakiya üzərindən Ukraynaya idxal edə bilərik. Bu, həm Slovakiya, həm də Ukrayna üçün faydalı ola bilər. Bu, çox yaxşı layihə ola bilər”.

visiontv.az