Həbsdə olan siyasi fəal və rejissor Məhəmməd Nurizad Tehranın bədnam Evin zindanından göndərdiyi səsli mesajda İslam Respublikasının etirazçılara qarşı geniş repressiya siyasətini sərt tənqid edib.
O, bildirib ki, İslam Respublikası tərəfindən ölüm və zorakılıq təhdidi artıq insanları qorxuda bilməz: "Bizi e*amla, ö\dürməklə qorxutmayın, bizi yandırmaqla hədələməyin! İllərdir bizim canımıza q\sd edib yandırırsınız. İllərdir ö\ümə, q*na və oda öyrəşmişik...”
Siyasi fəal, habelə, hakimiyyətin zorakılıq siyasətinə cavab olaraq belə deyib: "Bizi mümkün qədər qarət etmək üçün q\tlə yetirməkdən və yandırmaqdan başqa çarəniz qalmayıb. Bizim isə sizi yıxmaq üçün ö*ümə və oda təslim olmaqdan başqa çarəmiz yoxdur”.
Nurizad gələcək nəsli də repressiyanın mərkəzindən qalxacaq bir qüvvə olaraq təsvir edib və İslam Respublikasının ədalətsiz siyasətinə qarşı xalqın müqavimətinin önəmini vurğulayıb.
visiontv.az