Sabah baxmalı olduğumuz 8 müraciət var.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar araşdırılmalı 5 müraciət qalıb: “Bu gün bizə müraciət üçün müddət başa çatır. Şikayətlərin az olmasının səbəbi seçkinin normal keçməsidir”.