Şərqi Azərbaycanda qocaların sayı artıb
06.01.2025

Şəqri Azərbaycan əyaləti 2051-ci ilə qədər qocalığın artması, aktiv işçi qüvvəsinin çatışmazlığı və məhsuldarlığın azalması ilə üzləşəcək.

Bu barədə əyalətin valisi Bəhram Sərməst xəbərdarlıq edib.

O, bunun qarşısınıalmaq üçün müvafiq siyasi, sosial və mədəni planlar həyata keçirmək lazım olduğunu deyib.

Bundan əvvəl Şərqi Azərbaycan Baş Qeydiyyat İdarəsinin əhali üzrə məsul mütəxəssisi Səid Məhəmmədi əyalətdə doğum sayının kəskin azaldığını söyləyib.

Səid Məhəmmədi Şərqi Azərbaycan əyalətinin 12,1 göstərici ilə İran üzrə 22-ci yerdə qərarlaşdığını, ölkədə ortalama göstəricidən aşağı olduğunu deyib.

Məhəmmədi xüsusilə son üç ildə Şərqi Azərbaycanda doğum hallarının daha da azaldığını vurğulayıb.

Onun fikrincə, bu tendensiya davam edərsə, qarşıdan gələn 4 il ərzində cəmiyyət mənfi artım tempi ilə üzləşəcəcək.

visiontv.az