SEPAH İsrailin Hayfa şəhərində neft-kimya zavoduna hücum edildiyini bildirir
08.06.2026

İran İsrailin Hayfa şəhərində neft-kimya təsisatını hədəf alıb.

Bu barədə  SEPAH bəyanat yayıb.

Bildirilib ki, bu hücum İsrailin İranda petrokimyəvi təsisatı hədəf almasına cavab olaraq həyata keçirilib.

SEPAH  xəbərdarlıq edib ki, İsrail qeyri-yaşayış və enerji obyektlərinə hücum etməklə “təhlükəli bir oyuna” başlayıb.

"Bu oyunun miqyası regiondakı bütün enerji obyektlərini əhatə edəcək və bunun dünya iqtisadiyyatı üçün nəticələri bu münaqişənin əsas səbəbkarı olan  ABŞ-ın üzərinə düşür”, - bəyanatda deyilir.

visiontv.az