SEPAH hərbi proqramlarını inkişaf etdirmək üçün İsveç universitetlərindən istifadə edir
07.05.2024

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsveç universitetlərinin İranın ali təhsil ocaqları ilə əlaqələrindən sui-istifadə edərək öz hərbi proqramlarını inkişaf etdirməyə çalışır.

Bu barədə mərkəzi ofisi Nyu-Yorkda yerləşən “Nüvə İranına Qarşı Birlik” qrupu dməlumat yayıb.

Qrup araşdırmalarına əsasən İsveç hökumətinin SEPAH-ın bu addımlarından xəbərsiz  olduğunu deyib.

"Ancaq İran universitetləri ilə elmi tərəfdaşlığı olan İsveçin 8 universiteti güc imkanlarını inkişaf etdirmək üçün SEPAH tərəfindən sui-istifadə edilib",- məlumatda qeyd edilib.

Qrup İran universitetləri ilə əlaqəsi olan İsveçin bütün ali təhsil mərkəzlərinə məktub göndərdib.

Məktubda SEPAH-ın su-istifadə əməlləri ilə bağlı narahatlığını ifadə etdib və İran universitetləri ilə hər hansı əlaqəni dərhal kəsmələrini istəyib.

Qeyd edək ki, bundan əvvəl də, SEPAH-ın bir sıra Avropa ölkələrinin Universitetləri və elmi mərkəzlərindən su-istifadə halları ilə bağlı faktlar ifşa olunub.

Həmin məlumatlarda SEPAH-a bağlı kadrların tələbə və tədqiqatçı adı altında nüfuzlu Universitetlərə sızdırıldığı diqqətə çatdırılıb.

visiontv.az