Rusiya Ukraynanın şərqini tam ələ keçirsə, yeni Ukrayna dövləti yaradacaq
Rusiya Ukraynanın şərqini tam ələ keçirsə, yeni Ukrayna dövləti yaradacaq
09.04.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ukraynanın iki yerə bölünmək təhlükəsi var. Rusiya şərqdə Donbas və Luqansk ləğv edib, yeni Ukrayna dövləti elan edə bilər. Qərbdə bəzi liderlər Ukraynada təhlükəsizlik buferi yaratmaq üçün Ukraynanın iki yerə bölünməsində maraqlıdır. Hesab edirlər ki, Rusiya bununla dayanacaq.

Amma, Rusiya bununla kifayətlənməyərək, Baltikyanı ölkələr və Polşayada əl atacaq. Sonrakı proseslərdə Mərkəzi Asiya ölkələri olacaq. ABŞ -da seçkilər, Avropada Almaniya və Fransa arasında geosiyasi maraqların toqquşması Ukraynanın Rusiya qarşısında məğlub ola bilər.

Qərb Ukraynaya elə bir silahlar verir ki, sadəcə bu silahlarla müdafiə olunur. Görünür, Qərb liderləri Ukraynanın parçalanmasında maraqlı görünür. ABŞ -da Tramp hakimiyyətə gələrsə, Ukraynaya yardımlar tam dayana bilər. Ukrayna məsələsi Avropanın öhdəliyinə buraxıla bilər. Avropa liderləri Ukraynanın iki yerə bölünməsinə gedə bilər. Əsas odur ki, Rusiya Qərbi Avropaya toxunmasın. ABŞ Ukraynada geri çəkilərsə, beynəlxalq fövqəl dövlət nüfuzunu itirəcək

Məhəmməd Əsədullazadə

visiontv.az