Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatından kənarlaşdırılıb
02.10.2022

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) idarə heyətinə yenidən seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.

Visiontv.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) oktyabrın 7-dək Monrealda davam edən assambleyasında Rusiya 36 ölkədən ibarət təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

ICAO-nun prezidenti, Cənubi Afrika Respublikasının Mülki Aviasiyasının baş direktoru Poppi Hoza vəziyyəti görünməmiş hadisə adlandırıb.

APA