Rəsmi Bakı: “Ukrayna ilə strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini gözləyirik”
06.02.2022

Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə “Tvitter”də paylaşım edib.

Azərbaycan XİN-nin paylaşımında bildirilib ki, bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

“Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!, - paylaşımda qeyd edilib.

Visiontv.az