Qrossi: İran rəsmisi ilə danışıqlar nəticəsiz qaldı
27.03.2025

İranın nüvə proqramı ilə bağlı İslam Respublikasının yüksək vəzifəli rəsmisi ilə aparılan son danışıqlar nəticəsiz qalıb.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

Bununla yanaşı Rafael Qrossi yaxın vaxtlarda Tehrana da gedə biləcəyini bildirib. 

"Bu vəziyyət Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün diplomatik həll yolunun tapılmasının nə qədər təcili olduğunu bir daha göstərir",- o əlavə edib.

Rafael Qrossi danışıqlarının nəticəsiz qaldığı İran rəsmisinin kimliyini açıqlamasa da, indi çox kritik bir mərhələdə olduqlarını vurğulayıb. 

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8