Qoşaçayda iki məhbus edam edildi
12.09.2024

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinin həbsxanasında iki məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Süleyman Qəhrəmani və Feyzullah Hüseynpur adlı məhkumlar adam öldürməkdə günahlandırılıblar.

Bununla da cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 400-ü ötüb.

Edamlarının sayının artması BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Satonun məsələyə münasibət bildirməsinə səbəb olub.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- deyə o bildirib.

visiontv.az