Qəzzada "Həmasa" qarşı İsrailin apardığı hərbi əməliyyat ABŞ tərəfindən koordinasiya olunur
Qəzzada "Həmasa" qarşı İsrailin apardığı hərbi əməliyyat ABŞ tərəfindən koordinasiya olunur
05.12.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Qəzzada Həmasın mövcudluğu ABŞ -ın Yaxın Şərqdə formalaşdırdığı siyasi nizamı təhdid edirdi. Məhz İsraillə ərəb ölkələri arasında "İbrahim" sazişinin imzalanması, Yaxın Şərqdə yeni bir geosiyasi formalaşmasını hədəfləyir. Bundan narahat olan İran, Çin və Rusiya bunun qarşısını almaqda israrlıdır.

"Həmas" Yaxın Şərqdə digər proksi qüvvələrdən fərqli olaraq müstəqil qərar vermə mövqeyinə və müəyyən dərəcədə hakimiyyətə malikdir. Qeyd edim ki, müharibədən əvvəl Həmasla danışıqlar olub və Qəzzanı təhvil verməyi və silahı yerə qoymağı tələb olunub. Qətərdə və Misirdə ABŞ kəşfiyyatı ilə Həmas rəsmiləri arasında danışıqlar aparıb. Nəticə etibarilə Həmas öz mübarizəsindən geri çəkilməyəcəyini vurğulayıb.

Həmasin məlum hücumundan Vaşinqton və İsrail kəşfiyyatı məlumatlı olub. ABŞ əsas strateji planı Qəzzadan Həması çıxarıb İsrail sahillərini tam təhlükəsiz vəziyyətinə gətirməkdir. Bundan sonra, "İbrahim" sazişi və Hindistanla İsraili birləşdirən "Baharat" dəhlizinin açılmasını təmin etməkdir. Həmasdan sonra növbə Hizbullahındı. Hizbullah Livan təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmalı yaxud silahlı yerə qoyub, svil qaydada siyasətlə məşğul olmalıdır.

Məhəmməd Əsədullazadə

visiontv.az