Qərbin yeni səlibçiləri nədən ötrü gəlir Qafqaza? - VİDEO
28.10.2024

Hə, müstəmləkəçi Qərb Qafqazı ələ keçirmək istəyir. O artıq Ermənistan tərəfdən Azərbaycanla sərhədə çıxıb. Kollektiv Qərb məhz o tərəfdə öz mövqelərini möhkəmləndirməkdədir. Avropa İttifaqının humanitar missiyası, kiçik bir monitorinq qrupu kimi guya Müvəqqətilik Adına, əslində isə uzun müddətə daxil olduğu Qafqaz ərazilərində öz sıralarını genişləndirib, sərhədlərimizin dibində artıq NATO missiyası tək mövqe tutub. Bu binoklların gözlüyünün o tərəfində, baxış üfüqlərinin ən son nöqtəsində biz yoxuq-Azərbaycan yoxdur, Gürcüstan yoxdur, nə qədər anlamasa belə, o bədbəxt, başına daş düşmüş Ermənistan da yoxdur. Binoklun o başında Qərb müstəmləkəçilərinin öz maraqları var, öz görmək istədikləri var... Sadəcə ərazi və maddi sərvətlər şəklində. Potensial qənimət anbarları, qənimət sahələri şəklində...

visiontv.az