Putin və Paşinyan arasında telefon danışığı baş tutub
21.02.2022

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin saytında məlumat verilib.

“Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlərin, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.

Regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı məsələlərə də toxunulub.

Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.

Visiontv.az