Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ yeni hakimiyyətlə maraqların üst-üstə düşməsindən asılıdır.
Putin qeyd edib ki, Rusiya Suriyaya humanitar yardım çatdırmaq üçün Xmeymim bazasından və Tartus bazasından istifadə etməyi təklif edib:
“Biz Suriyadakı siyasi qüvvələrlə münasibət saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, biz bu haqda düşünəcəyik".