“Terrorsuz Türkiyə” hədəfi gerçəkləşsin, çünki bu torpaqların sülhə, rifaha və demokratiyaya çox ehtiyacı var…
27.11.1978 – Diyarbakırın Fis kəndində quruldu;
15.08.1984 – Siirt və Hakkaridə ilk terror aktı;
16.02.1999 – Abdullah Öcalan Keniyada ələ keçirilərək Türkiyəyə gətirildi;
29.06.1999 – Öcalan 30 min insanın ölümü, separatçılıq və Vətənə xəyanət ittihamı ilə məhkəmə tərəfindən yekdilliklə edam cəzasına məhkum edildi;
03.08. 2002 – Türliyədə Avropa İttifaqının uyğunlaşdırma qanunları çərçivəsində ölüm hökmü ləğv olundu və Öcalan ömürlük həbs cəzasına məhkum edildi;
22.10.2024 – Devlet Bahçeli verdiyi açıqlamada “Terrorçu liderin təcrid olunması aradan qaldırılsa, gəlib Məclisdə çıxış edərək terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini hayqırmalıdır” dedi;
5-7.05.2025 – PKK-nın qurultayında terror təşkilatı özü-özünü ləğv etdiyi bəyan edildi.
– 47 illik tarixi ərzində PKK Türkiyəyə böyük humanitar və iqtisadi ziyan vurdu;
– Terror aksiyalarında 15-35 min insan həyatını itirdi;
– PKK-nın vurduğu iqtisadi zərər 250 -300 milyard dollar arasında olduğu təxmin edilir.
PKK terrorunun tüğyan etdiyi illərdə hadisələrin içində olan, Türkiyənin nələrdən keçdiyini və verdiyi qurbanları görən bir qəzetçi kimi o dəhşətli günlərin bir daha geri gəlməməsini diləyirəm.
Və ümid edirəm ki, “Terrorsuz Türkiyə” hədəfi gerçəkləşsin, çünki bu torpaqların sülhə, rifaha və demokratiyaya çox ehtiyacı var…
İbrahim Nəbioğlu
visiontv.az