İsrailin İrana qarşı növbəti strateji hücumlara hazırlaşdığına dair xəbər fonunda İran prezidenti Məsud Pezeşkian ölkənin təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu etiraf edib. İki gün öncə Nazirlər Kabinetinin iclasında çıxış edən Pezeşkian bildirib: “Bizim təhlükəsizlik sahəsində problemlərimizin olduğu ortaya çıxdı”.
İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən əyalət valilərinə göndərilmiş və "çox məxfi" sayılan bir sənəddə İsrailin mümkün hava hücumlarına dair konkret xəbərdarlıqlar yer alıb.
Hollandiyada yaşayan iranlı jurnalist Siyamək Tadayon Təhmasebi “çox məxfi” sənədin surətini yayımlayıb. Məktubda ABŞ hərbi bazalarında dronların uçuşlarında fəallığın artdığı və İsrailin İran generalları və strateji obyektlərini hədəf alan “ikinci siyahı” hazırladığı bildirilir. Şura bütün hərbi qurumları, ictimai təşviş yaratmadan, hazırlıq səviyyəsini artırmağa çağırıb.
visiontv.az