Pezeşkian Nyu-Yorka gedəcək: Mühacirlər etiraz bəyanatları yayıblar
18.09.2024

İran prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün oktyabrın 22-də Nyu-Yorka səfər edəcək.

Bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, səfər çərçivəsində BMT-nin Baş Assambleyasında çıxış, müxtəlif ölkələrin dövlət və hökumət başçıları və qrup rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. 

İran Prezidentinin oktyabrın 24-də Baş Assambleyanın iclasında çıxışı planlaşdırılıb.

Pezeşkianın ABŞ-a səfəri barədə məlumatın yayılmasından sonra xaricdə yaşayan müxalif mühacirlər etiraz bəyanatları yayıblar.

Tehran rejiminə qarşı müxalif mühacirlər və bir sıra beynəlxalq insan haqları təşkilatları İran rəsmisinin Nyu-Yorka səfərinin ləğv edilməsi barədə ABŞ dövləti və BMT-ə müraciət edəcəklərini bildiriblər.

Onlar, Məsud Pezeşkianın repressiv və insan hüquqlarını kobud şəkildə pozan sistemin nümayəndəsi olduğuna diqqət çəkib, ona ABŞ vizasının verilməsini demokratiya və insan haqları hörmətsizlik kimi dəyərləındiriblər.

visiontv.az