Pezeşkian: “Böyük yara var, onu sağaltmalıyıq”
17.02.2026

İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində keçirilən görüşdə milli birlik və həmrəylik çağırışı edib.

Prezident çıxışı zamanı cəmiyyətdə parçalanmanın qarşısının alınmasının vacibliyini vurğulayıb: “Şeytan bizi aldatmamalıdır. Biz birlikdəyik – kürd, türk, lor, ərəb, bu ölkədə yaşayan hər kəs, hansı rəng və irqdən olursa-olsun”.

Pezeşkian deyib ki, ölkədə qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı anlayış lazımdır. Onun sözlərinə görə, mövcud problemləri dərinləşdirmək əvəzinə, onları aradan qaldırmaq üçün birlikdə hərəkət etmək vacibdir.

Cəmiyyətdə “böyük yara”nın yarandığını bildirən hökumət başçısı bu yaranın sağaldılmasının zəruri olduğunu vurğulayıb. O, əlavə edib ki, bu yaraları görməməzlikdən gəlmək və ya daha da dərinləşdirmək ölkə üçün təhlükəlidir və əsas məqsəd onları müalicə etmək olmalıdır.

visiontv.az