Peskov: Putin-Zelenski görüşü ancaq Moskvada mümkündür
02.02.2026

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski arasında təmaslar yalnız Moskvada mümkündür.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Zelenski görüş təklif edir, Putin bunun Moskvada mümkün olduğunu bildirib. Bu, bizim mövqeyimiz olaraq qalır", - Kremlin sözçüsü vurğulayıb.