Ermənistan Baş naziri"Müstəqillik Bəyannaməsini" dəyişməsə, Azərbaycana qarşı ərazi iddiaları qanunvericilik bazasında qalaraq sülh bağlamaqdan yayınarsa, "Zəngəzur" dəhlizini açmayacaqsa, siyasi proseslər əleyhinə işləyəcək.
Ermənistan Baş naziri Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməyəcəksə, Suriyadakı vəziyyət gözləyə bilər. N. Paşinyanın Parisdə E. Makron və D. Trampla boy verib, şəkil çəkdirib, mesaj verməsi heç də onun arxayın olmasına gətirib çıxarmayacaq. N. Paşinyani nə D. Tramp, nə də E. Makron xilas etməyəcək. Necəki, İran XİN -nı. B. Əsədə niyə kömək etməmək barədə bəyanatıni oxusa ibrət götürər. B. Əsəd V. Putin və Ə. Xamenei ilə şəkil çəkdirib, "əzələ nümayiş" etdirirdi.
B. Əsədi nə müttəfiqi Rusiya, nə də İran xilas etmədi. Halbuki, hər iki ölkənin hərbi qüvvələri Suriyada mövcud idi. Fransa da Ermənistanı xilas edə bilməz. Ermənistan Baş naziri geosiyasi reallıqları düzgün qiymətləndirməsə, silahlanmaya davam edəcəksə, bu ölkənin dövlətçiliyi sual altında qalacaq.
Rusiya artıq regional dövlət statusunu itirir. İran zəiflədi. ABŞ-da D. Tramp prezidentliyinə az bir müddət qalır. Ermənistan regional gücdən beynəlxalq gücə çevrilən Yaxın Şərqin və Cənubi Qafqazın siyasi nizamı şəkilləndirən Türkiyənin şərtlərini qəbul etməyəcəksə, bataqlıq girdabına girecek. Növbəti mərhələdə Azərbaycan Zəngəzura girməli olacaq.
Məhəmməd Əsədullazadə, MCP Başqan müavini
visiontv.az