Paşinyan: Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi XİN başçılarının görüşündə müzakirə olunmalıdır
07.05.2024

Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan XİN başçılarının Almatıda keçiriləcək görüşü zamanı müzakirə olunmalıdır.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Almatı Bəyannaməsi Ermənistanla Azərbaycan arasında demarkasiyanın baza prinsipi kimi hər iki tərəf tərəfindən qəbul edilib.

Paşinyan qeyd edib ki, delimitasiya Sovet İttifaqının hüquqi qüvvəyə malik ən son xəritələri əsasında, SSRİ-nin dağıldığı dövrdə Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhədlərini əks etdirən xəritələrdən istifadə etməklə həyata keçirilir.

Baş nazir onu da deyib ki, Qazax istiqamətində sərhəd dirəkləri hüquqi əsaslarla quraşdırılır və Voskepar, Kirants, Berkaber və bütövlükdə Ermənistanın təhlükəsizliyinin təminatına çevrilir.

visiontv.az