Ölkədə vaksinasiyadan keçənlərin sayı nə qədərdi?
26.03.2021

Martın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 427 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510 420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.