Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi: “Həbsxananın məni susdurmasına icazə verməyəcəyəm”
16.12.2024

2023-cü il Nobel Sülh Mükafatının qalibi, qadın hüquqları müdafiəçisi və güneyli siyasi məhbus, hazırda isə tibbi məzuniyyətdə olan Nərgiz Məhəmmədi dünən Nobel Komitəsinə video zənglə müsahibə verərək deyib:

“Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, zindanın məni susdurmasına icazə verməyəcəyəm. Qadın və insan hüquqlarına, eləcə də azadlığıma bağlılığımı heç bir həbsxana divarı mane ola bilməz. İnsan və qadın hüquqlarını müdafiə etmək cinayət deyil”.

Məhəmmədi İranda siyasi məhbusların səssizcə edam edilməsini pisləyib və bildirib ki, fəaliyyətini davam etdirməsi üçün azad olmalıdır. Güneyli siyasi məhbusun sözlərinə görə, “İslam Respublikası onu susdura bilsə belə, onun üçün heç bir şey dəyişməyəcək, çünki İran xalqı artıq ayağa qalxıb”.

visiontv.az