“Nəyin imkansız olduğunu söyləmək çox çətindir: Çünki dünənin xəyalı bugünün ümidi, sabahın isə gerçəyidir”
07.10.2024

Amerikalı alim, müasir raket texnikasının qabaqcıllarından biri və ilk maye yanacaqla işləyən raket mühərrikinin yaradıcısı Robert Hutchings Goddard Amerika raket sənayesinin atası sayılır.

O, maye yanacaqla işləyən ilk raketini 1926-cı il martın 16-da Massaçusets ştatının Auburn şəhərində buraxdı. Bu hadisə maye yanacaqla işləyən raket mühərriklərinin imkanlarının mühüm nümayişi idi.

Goddard kosmosa səyahətlə yanaşı bir sıra mühəndislik işləri ilə elm tarixinə düşmüşdür. Məsələn, o, reaktiv qumbaraatan ideyasını təklif etmiş, Bazuka qumbaraatanlarının ilk modelləri məhz Goddardın işi əsasında yaradılmışdır.

İbrahim Nəbioğlu

visiontv.az