Nərgiz Məhəmmədi: “İranın son uğursuzluqları ilə demokratiyaya gedən yolumuz daha rahat olacaq”
20.12.2024

2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi dünən Norveç parlamentinin sədri Məsud Qaraxani ilə virtual söhbətində bölgədəki son hadisələrə toxunaraq deyib:

“İran hökuməti bölgədə və proksi qüvvələrində etdiyi fəaliyyətlərə və investisiyalara baxmayaraq, son aylarda uğursuzluqlar yaşayıb. İslam Respublikasının ölkə daxilində qanunsuz və yalnız repressiyaya əsaslanan səlahiyyət nümayiş etdirdiyini nəzərə alsaq, demokratiyaya gedən yolumuz daha rahat olacaq”.

Nərgiz Məhəmmədinin sözlərinə görə, “insanlar 46 ildir ki, öz hüquqları uğrunda mübarizə aparırlar, ancaq bu azadlığı reallaşdırmaq üçün indi daha uyğun bir dövrdür”.

visiontv.az