Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, bir ailənin 3 üzvü ölüb
05.09.2025

Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və onun nənəsi 1947-ci il təvəllüdlü Məmmədova Səkinə Xəlil qızı vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, bir ailənin 3 üzvü ölüb - FOTO  - YENİLƏNİB

Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, bir ailənin 3 üzvü ölüb - FOTO  - YENİLƏNİB