Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür
01.02.2025

Bu gün müğənni Rüfət Mehdiyevin anım günüdür. Onun vəfatından 14 il ötür.

Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.

O, 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində, 1986-1992-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb.

1989-cu ildən musiqi ilə məşğul olub.

1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlayıb.

İfaçı "Həyatı sevirəm", "Darıxdım", "İl keçdi", "Druzya", "Odlar yurdum" kimi sevilən mahnılar səsləndirib.

Sənətçi 2008-ci ildə "Space TV"də "Qış nağılı" (2004) və "Baharın nağılı" 2008 film-verilişlərində çəkilib.

Rüfət Mehdiyev 2011-ci ilin fevralın 1-də, 42 yaşında qəflətən dünyasını dəyişib.

Müğənninin ölümünə səbəb insult olub. O, Nizami rayon qəbristanlığında torpağa tapşırılıb.

Mərhumun üç qızı, bir oğlu var.

BAKU.WS



Gündəlik

slide 10 to 13 of 8