Muəllimlərin ümumi etiraz aksiyaları keçiriləcək
30.04.2024

İranda müəllimlər geniş aksiyalara hazırlaşır.

İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası mayın 1-i yerli vaxtla səhər saat 10-da ölkənin bütün şəhərlərində müəllimləri kütləvi etiraz aksiyası keçirməyə çağırıb.

Bu barədə Şuranın sosial media şəbəkəsində paylaşım edilib.

Çağırışda müəllimlərin Tehranda Plan və Büdcə Təşkilatının başqa şəhərlərdə isə Təhsil Nazirliyinin yerli bölmələrinə qarşısına toplaşmaları istənilib.

Bildirilib ki, aksiyada məqsəd, məhbus müəllimlərə azadlıq, işdən qovulan müəllimlərin hüquqlarının bərpası, təhsil işçilərinə qarşı repressiyaların dayandırılmasıdır.

visiontv.az