Son 2 il ərzində 330 müəllim mədəni fəaliyyətlərinə görə işdən qovulublar və yüzlərlə müəllim fərqli düçüncələrinə görə vaxtından əvvəl təqaüdə buraxılıblar.
Bunu Gilan əyalətinin Müəllimlər Birliyinin ölkə Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubunda bildirilib.
Onlar hazırda ölkədə müəllim çatışmzalığı olmasına baxmayaraq, müllimlərin işdən qovulmalarını təhsil sahəsinə ağır zərbə kimi dəyərləndirib, Prezidentdən bunun qarşısını almağı tələb ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Məsud Pezeşkian təhsil ocaqlarından qovulan müəllim və tələbələrin geri qaytarılması barədə sərəncam imzalayıb.
Bundan sonra isə etiraz aksiyalarında ştirak etdiklərinə və məcburi hicab qaydalarını pozduqlarına görə bir neçə tələbənin təhsilinə qadağa qoyulub.
visiontv.az