“Mövcud problemlər köhnə metodlarla həll edilə bilməz”
25.05.2026

İran prezidenti Məsud Pezeşkian ölkənin hazırkı sosial-iqtisadi və siyasi problemlərinin mövcud yanaşmalarla həllinin mümkün olmadığını bildirib.

O, qeyd edib ki, təzyiq və məhdudiyyətlər şəraitində hökumət daha çox yaradıcılığa, ekspertlərin prosesə cəlb edilməsinə və cəmiyyətin potensialından istifadəyə arxalanmalıdır.

Pezeşkian vurğulayıb ki, ölkənin çətinliklərinin aradan qaldırılması üçün ya yeni həll yolları tapılmalı, ya da tamamilə yeni idarəetmə yanaşmaları formalaşdırılmalıdır.

visiontv.az