İtaliyanın baş naziri Giorgia Meloni bazar günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Floridada görüşüb.
Məlumatlı mənbələr bildiriblər ki, görüşdə baş nazir ötən ay İranda casusluq ittihamı ilə həbs edilən italyan jurnalist Sesiliya Salanın məsələsini qaldırıb.
Meloni Salanın sərbəst buraxılmasını, yaxud Milanın Malpensa hava limanında ABŞ sifarişi ilə həbs edilən iranlı iş adamı Məhəmməd Abedini ilə dəyişdirilməsinə çalışır.
Qeyd edək ki, Məhəmməd Abedini Ürdündə üç Amerikalı həbçinin ölümü ilə nəticələnən hücum üçün dron təchizatı etdiyinə görə saxlanılmışdı.
visiontv.az