Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edilib
31.01.2025

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Visiontv.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov paylaşım edib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni anadan olmasının 141-ci ildönümündə məzarı başında rəhmət və ehtiramla yad etdik.

Ruhu şad olsun!”, - paylaşımda qeyd edilib.

Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edilib