Məcburi hicab problemini təzyiq və sərtliklə həll etmək olmaz
20.12.2024

“Tasnim News” xəbər verir ki, bu gün iranlı din xadimi Nasir Mükərrəm Şirazi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafla görüşündə ölkədə məcburi hicabla bağlı olan məsələdən söz açaraq deyib:

“İranda məcburi hicab siyasi məsələyə çevrilib. Bu problemi təzyiq və sərtliklə həll etmək olmaz, ancaq müsbət üsullardan istifadə edilməlidir”.

O, İranda elektrik enerjisinin kəsilməsinə görə hökumət rəsmilərini tənqid edərək, buna səbəbin verilən vəzifələrin yerinə yetirməməsi və etinasızlıq olduğunu deyərək bildirib: “Bir plan düşünün ki, gələcəkdə belə məsələlər yenidən təkrarlanmasın”.

visiontv.az